Yüngül və tez hazırlanan Mozaik pasta

EHTİYACLAR:
- 2 qutu qurabiyyə (peçenyə)
- 120 qr kərə yağı
- 2 x.q kakao
ÖN HAZIRLIQ:
Peçənyələri ikiyə bölüb, dərin qaba qoyuram. Üzərinə ərinmuş kərə yağı, kakaonu əlavə edib qarışdırıram.
ƏSAS MƏRHƏLƏ:
- Dərin qaba ( məndə şüşə qabdı) peçenyəli kütləni tam yayıram
- üzərinə krem əlavə edirəm (bişmiş krem)
- sonra yenə 2 ci lay peçenyəli kütlədən əlavə edib, üzərinə krem çəkib soyuducuya qoyuram.
KREMİN HAZIRLANMASI:
- yarım litr süd
- 200 qr şəkər tozu
- 1 ç/q vanil
- 4 yumurtanın sarısı
- 50 qr un
Yumurta sarılarını un, vanil və şəkər tozu ilə qarışdırıram. Üzərinə isti süd töküb, zəif odda qatılaşanadək bişirib, soyuduqda yarım banka qatlaşmış süd əlavə edib yaxşı qarışdırdım.
Süfrəyə vermemişdən üzərinə kakao səpirəm.
NUŞ OLSUN!
#mozaikpastatarifi #mozaikpasta #shorts