Tavada asan hazırlanan albalılı kek

Bizə lazım olanlar:
- 🍰 yumurta 4 əd
- 🍰 şəkər tozu 1 st
- 🍰 süd 1st
- 🍰 duru yağ 1 st
- 🍰 un 1,5 st
- 🍰 vanil
- 🍰 qabartma tozu
- 🍰 albalı
- 🍰Öncə yumurta və şəkər tozunu mikserlə çırpıram. Üzərinə süd və duru yağ əlavə edirəm
- 🍰Ardından kənarda ələkdən keçirtdiyim un, vanil və qabarma tozunu hissə hissə əlavə edib, çırpıcı qaşıqla qarışdırıb, kənara qoyuram …
- 🍰Keksi bişirəcəyim tavanı (ölçüsü 26 sm) kərə yağı ilə kənarlarını və ortasını yağlayıram.
- 🍰 Öncədən çəyirdəklərini çıxartdığım albalıları una bulayıb, tavaya düzürəm.
- 🍰 Üzərinə qarışdırdığım məhlulu əlavə edib, tavanın qapağını örtüb qazın üzərinə qoyuram. 30 dəqiqə ərzində zəif (vam) odda bişməlidir. 30 dəq keçdikdə qapağ götürüb, çöplə yoxlayıram.
- 🍰Keksin bişdiyindən əmin olduqdan sonra üzərinə tava böyüklüyündə qab keçirib, tavanı çevirirəm.
- 🍰Keks soyuduqdan sonra üzərinə şəkər kirşanı səpib, nuş edə bilərsiz.
#piroq #albalılıpiroq #shorts