Xırçıltılı ev üsulu pide

Gəlin sizə xırcıltılı , eyni zamanda yumuşaq dadlı qiyməli pide resepti verim.

ilk öncə dərin bir qaba unu ələyib, üzərinə şəkər tozu, duz, maya , ərinmiş kərə yağı və ilıq su əlavə edib, qarışdırıb xəmir yoğururam.

Yumuşaq xəmir alınır, üzərini örtüb dincəlməsi üçün kənara qoyuram.

Hazırlamaq üçün tələb olunanlar:

  • un – 4 -5 st
  • şəkər tozu – 1 ç.q
  • maya – 1 ç.q
  • duz – 1 ç.q
  • ilıq su – 1 st
  • ərinmiş kərə yağı – 70 qr

Xəmir dincələnə qədər içliyi hazır edək. Çəkilmiş ətə xırda doğranmış soğan, pomidor, acı bibər və cəfərini əlavə edirəm.  Ədviyyatlar ilə dadlandırıb qarışdırıram.

Xəmirdən kündələr tutub, hər kündəni yayıb ortasına içlikdən əlavə etdikdən sonra öncə baş hissədən, bütün kənarlarını büküb üstünə yumurta sarısı çəkirəm.

Öncədən 200°C isinmiş sobada 35-40 dəq bişirib, nuş edə bilərsiz.

#türkpidesi #pide  #türkmutfağı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir