İçli küftə hazırlanma qaydası

İçli küftə yarmanın xəmir halına gətirilərək içinin doldurulması ilə hazırlanan ənənəvi Anadolu yeməyidir. Mənşəcə ərəb mətbəxinə aiddir və orijinal adı kibbədir. Türkiyədə Bitlis, Osmaniyə, Sivas, Qəhrəmanmaraş, Tunceli, Elazığ, Malatya, Mardin, Diyarbəkir, Hatay, Qaziantep, Adana, Şanlıurfa və Adıyaman bölgələrində hazırlanır.

Küftənin içi qıyma, quyruq yağı, soğan, cəfəri və ədviyyatlar ibarət qarışıqla doldurulur. Bundan sonra isə bişirmə prosesi başlayır. Bişirmə üsuluna görə iki növə ayrılır: qaynadılaraq və qızardılaraq bişirilən. Adətən ayranla süfrəyə verilir.

İÇLİK ÜÇÜN:

  • 400qr çəkilmiş ət
  • 1 baş soğan
  • duz, istiot, pul bibər, zirə
  • 1 ovuc qoz ləpəsi
  • cəfəri
  • duru yağ zövqə görə
  • sarıkök, giləmərzə, kəklik otu, paprika

 

HAZIRLANMASI: Öncə doğranmış ət, soğan bə ədviyatları tacada qarışdırıb qovururam. Daha sonra üzərinə qoz ləpəsi və doğranmış cəfərini əlavə edirəm. İçlik hazırdır.

————————————————–

ÜZƏRİ ÜÇÜN:

  • 2 st küftəlik bulqur
  • 2 st qaynar su (bulqur ilə su 1:1 olmalıdır)
  • 3 x.q un
  • 2 x.q bibər əzməsi (yoxdursa tomat)
  • duz

HAZIRLANMASI:  Demək öncə bulqurun üzərinə qaynar su əlavə edib şişməyə kənara qoyuram. Suyu tam canına çəkməlidir. Sonra üzərinə qalan inqredientləri də elavə edib qarışdırıram…. Xəmir halına gəlməlidi.

Keçək əsas məsələyə, əllərimi yağlayıb, xəmirdən əl içi qədər götürürəm. İçlikdən bir qaşıq ortasına əlavə edib büküb bağlayıram. Köftələr qızğın yağda bişməlidi. Mən bəzən hazırlayıb daha sonra bişirmək üçün buzluqda saxlayıram.

Hamımıza nuş olsun!

#içliköfte #içliköftetarifi #içliköftenasılyapılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir