Asan hazırlanan moruqlu-vanilli keks – ASMR Food
Bu dəfə sizlərə asan hazırlanan vanilli, moruqlu kek barədə məlumat verirəm.
Ehtiyaclar:
- 🥧 yumurta – 2 əd
- 🥧 şəkər tozu – 0,5 st
- 🥧 vanil
- 🥧 ərinmiş kərə yağı – 80 qr
- 🥧 süd – 60 qr ( yarım st bir barmaq az)
- 🥧 un – 200 qr
- 🥧 qabartma – 1p
Hazırlanması:
Dərin bir qabda yumurta, şəkər tozu və vanili birləşdirib çırpıcı qaşıqla qarışdırıram. Şəkər tozu tam həll olunmalıdır. Ardından bura ərinmiş kərə yağı, süd və hissə hisəə un əlavə edirəm.
Bişirəcəyim qabı öncədən isidib, yağlayıram. Hazırladığım məhsululu qaba keçirib, üzərinə moruq düzürəm. 180 °C 40 dəq ərzində bişirirəm.
Vaxt tamam olduqda çöplə yoxlayıb, soyuduqdan sonra isə üzərinə şəkər kirşanı səpib, nuş edə bilərsiz.
#vanillikek #kek #shorts