Közlənmiş badımcan əzməsi

Közlənmiş badımcan əzməsindən hazırlanan yemək reseptimi sizinlə bölüşürəm.

Ehtiyaclar:

  • 🍆kozlenmiş badımcam əzməsi
  • 🍆qatıq
  • 🍆süzmə qatıq
  • 🍆sarımsaq
  • 🍆qoz
  • 🍆cəfəri
  • 🍆duru yağ
  • 🍆 pul bibər, qara bibər

Hazırlanması:

Öncə badımcanı közləyib, soyuduqda qabığınl soyub çəngəl ilə əzirəm.

Ayrı bir qabda qatıq və süzmə qatığı birləşdirib, duz əlavə edib qarışdırıram.

Daha sonra bu qarışımı badımcan ilə birləşdirirəm.

Tavaya duru yağ əlavə edib xırda doğranmış qozu qovururam,üzərinə ədviyyatlar əlavə edirəm.

Süfrəyə verərkən badıncanlı qarışımın üzərinə öncə narın doğranmış cəfəri, ardindan qovrulmuş qozu əlavə edib nuş edə bilərsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir