2.01.2023 Paylaşdı: Qurman 53 0

Az Kalorili Şəkərsiz Paxlava

Az Kalorili Şəkərsiz Paxlava

Az Kalorili Şəkərsiz Paxlavanın tərkibi:

Xəmiri üçün:

  • 2 stəkan tam taxıl unu
  • 1 ədəd yumurta
  • 3 xörək qaşığı zeytun yağı
  • 3 xörək qaşığı süd
  • 2 xörək qaşığı qatıq
  • 1/2 çay qaşığı duz
  • 1 paket qabartma tozu
  • 1-2 damcı limon suyu
  • 2 xörək qaşığı nişasta

İçlik üçün:

  • 8 ədəd bütöv qoz ləpəsi

Şərbəti üçün:

  • 3 xörək qaşığı bal
  • 2,5 çay qaşığı su

Az Kalorili Şəkərsiz Paxlavanın hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün dərin bir qaba unu tökün. Üzərinə 1 ədəd yumurta, 2 qaşıq qatıq, 3 qaşıq süd və 2 qaşıq zeytun yağı əlavə edib qarışdırın. Qabartma tozuna 1-2 damcı limon suyu əlavə edib xəmirə əlavə edin. Son olaraq duzu da əlavə edib xəmir yoğurun. Xəmiri desert qaşığı ilə hissələrə bölərək 20 bərabər hissəyə bölüb top halına gətirin. Kündələri nişastanın köməyi ilə nəlbəki böyüklüyündə oxlovla açıb 5 ədəd üst-üstə qoyub 4 dəstəyə bölün. Bu dörd dəstə paxlava qatları olacaq. Daha sonra üst-üstə qoyub 5 ədədi diametri 20 sm dairələr açın. Soba sinisinə yağlı kağız sərib 1 qat yuxa və 1 qat xırdalanmış qoz səpin. Bu qaydayla hazırlayıb paxlava formasında kəsin. Paxlavanı 1 xörək qaşığı zeytun yağı ilə yağlayın. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.
Şərbəti hazırlamaq üçün 2,5 stəkan ilıq suya 3 xörək qaşığı bal əlavə edin və bal həll olunana qədər yaxşıca qarışdırın. Paxlava bişdikdən 5 dəqiqə sonra soyuq şərbətdə isladın. Şəkərsiz paxlavanı şərbətilə süfrəyə verə bilərsiniz.скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Февраль 2023    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Statistika