31.10.2022 Paylaşdı: Qurman 45 0

Qış Mövsümünün Favori İspanaqlı, Qiyməli Yeməyi

Qış Mövsümünün Favori İspanaqlı, Qiyməli Yeməyi

İspanaqlı, qiyməli yemək – qış aylarında tez-tez hazırlanan proteinlə zəngin tərəvəz yeməklərindən biridir. Qurman.az ispanaqlı, qiyməli yeməyin reseptini təqdim edir.

Qış Mövsümünün Favori İspanaqlı, Qiyməli Yeməyin tərkibi:
500 qram ispanaq
100 qram qiymə
1 ədəd soğan
1 xörək qaşığı tomat pastası
yarım stəkan düyü
4 xörək qaşığı maye yağ
yarım çay qaşığı duz
yarım stəkan su
Qış Mövsümünün Favori İspanaqlı, Qiyməli Yeməyin hazırlanma qaydası:
İlk öncə ispanaqları təmizləyib sirkəli suda isladın. Qiyməni qızdırılmış yağda dərin tavada qovurun. Kub formasında doğranmış soğanı da qiyməyə əlavə edib qovurmağa davam edin. Qazana əlavə edəcəyiniz  soğanların ispanaqdan əvvəl yaxşıca qovrulmasına diqqət edin. İspanaqları da yaxşıca yuyub suyunu süzün.  Suyu süzülmüş ispanaqları da doğrayın. Tomatı və doğranmış ispanaqları da qiyməyə əlavə edin. Düyü və duzu əlavə edib qarışdırın. Suyu da əlavə edib təxminən 30-35 dəqiqə bişirib isti halda süfrəyə verin. Dadlı ispanaqlı yeməyin yanında süfrəyə sarımsaqlı qatıq verə bilərsiniz.скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Декабрь 2022    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Statistika