25.09.2022 Paylaşdı: Qurman 103 0

Yayın ən çox sevilən yeməyi - badımcan sırdağı - VİDEO - FOTO

Yayın ən çox sevilən yeməyi - badımcan sırdağı - VİDEO - FOTO

Lənkəran mətbəxində daha çox sevilən yeməklərdən biri də badımcan sırdağıdır. Bu yemək daha çox yay fəslində bişirilir və yeyilir. Buna səbəb badımcan sırdağının hazırlanmasında əsas tərəvəzlərdən olan badımcan və pomidorun bu mövsümdə yetişməsidir.
QURMAN.Az AZƏRTAC-a istinadən bildirir ki, badımcan sırdağı həm də yüngül yeməklərdən hesab edilir. Gənc aşpaz Elçin Həsənov deyir ki, badımcan sırdağı daha çox quru balıq və qarpızla yeyilir: "Əsasən tərəvəzləri iyul-avqustda yetişən badımcan sırdağı daha çox bu aylarda yeyilir. Havaların isti vaxtı bu tərəvəzlər parniklərdə deyil, bütün həyətlərdə yetişir. Bu yeməkdə adından da göründüyü kimi, daha çox badımcan tərəvəzi yer tutur. Avqust ayında badımcan bir az acı olur. Badımcanlar doğranılır və saplağı atılır. Sonra orta hissəsindən bıçaqla kəsilərək üzərinə duz səpilir. Çünki badımcan acılığını çıxarmalıdır. Bu yeməyi bişirərkən pomidor və bir baş sarımsaqdan da istifadə olunur. Yeməyə, həmçinin duz və istiotu öz istəyinizə uyğun vura bilərsiniz. Soyulan badımcanlar isti tavaya düzülür, sonra eyni ölçüdə pomidorlar doğranır. Məlumat üçün deyim ki, pomidor ətli olmalıdır. Parnik pomidoru ilə bu yeməyi bişirmək olmaz. Çünki təbii pomidor öz dadı ilə bu yeməyi daha da təravətləndirir. Badımcanlar qızardıqdan sonra onlar ayrı qaba qoyulur. Pomidorları tavaya bişmək üçün düzülür. Sonra sarımsaqlar xırda-xırda doğranaraq digər bir tavada qovurulur. Pomidor bişdikdən sonra badımcanlar onun üzərinə əlavə edilir. Daha sonra isə xırda-xırda doğranan sarımsaqlar yeməyin üzərinə əlavə edilir. Qısa bir vaxtdan sonra yemək tam hazır olur".скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Март 2023    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Statistika

AzərbaycanDünya mətbəxinin müxtəlif xörəklər, salatlar, şirniyyatlar və dietik yeməklərin hazırlanma qaydaları