1.09.2022 Paylaşdı: Qurman 62 0

Zirincli, Toyuqlu Plov

Zirincli, Toyuqlu Plov

Azərbaycanlılar arasında yeməklərin şahı plov hesab olunur. Bildiyimiz kimi plovun 200-dən çox növü var. Bu növlərin hər birinin ayrı-ayrılıqda hazırlanma qaydası və özünəməxsus dadı var. QURMAN.az  zirinc və qaragöz lobya ilə hazırlanan toyuqlu plovun reseptini təqdim edir.

Tərkibi:

düyü
su
duz.
Qazmaq üçün:

1 ədəd yumurta
3 xörək qaşığı xama
Toyuq üçün:

1 ədəd bütöv toyuq
1 xörək qaşığı qırmızı bibər tomatı
2 xörək qaşığı xama
qaragöz lobya
1 ədəd soğan
3 xörək qaşığı zirinc
1 xörək qaşığı yağ
kişmiş və ərik qurusu (qaysı)
zəfəran və ya sarıkök
Hazırlanma qaydası:

Düyünü adi qaydada bişirib süzün. Bir qabda 1 ədəd yumurta, xama və süzdüyünüz düyüdən bir az əlavə edib qarışdırıb qazmaq hazırlayın. Düyünün yarısını qazana əlavə edin. Soğanı xırda doğrayıb, bişmiş qaragöz lobya və bir az duz səpib qarışdırın. Qazana əlavə etdiyiniz düyünün bir kənarından bu lobyalı qarışığı yerləşdirin. Qalan düyünü də əlavə edib, üzərinə zəfəran və ya sarıkök səpib yağ əlavə edin. Plovu 1 saat 30 dəqiqəlik dəmə qoyun Plovun hazır olmasına 5-6 dəqiqə qalmış zirinci yuyub düyünün bir kənarına yerləşdirin.

Bir qabda xama, bibər tomatı və yağı yaxşıca qarışdırın. Toyuğu ya bütöv halda, ya da doğrayaraq yuyub süyunu süzün. Hər tərəfli duzladığınız toyuğa hazırladığınız qarışığı çəkin . Toyuğu zövqə görə tavada və ya sobada bişirin.

Başqa bir qabda qaysı və kişmişi qovurun.  Hazır olan plovu bulud boşqaba töküb süfrəyə verə bilərsiniz.скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Декабрь 2022    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Statistika