Azərbaycan Mətbəxinin Unudulmuş Yeməyi-Şeşəndaz Plov

Azərbaycan Mətbəxinin Unudulmuş Yeməyi-Şeşəndaz Plov
Keçmişdə Abşeron əhalisinə xas olan Şeşəndaz  (Şazəndə)  unudulmuş yeməklərdəndir. Şeşəndaz həm ətsiz , həm də ət ilə hazırlanır. Bu plov adətən qışda varlı ailələrdə bişirilirdi. Qurman.az milli mətbəximizin unudulmuş yeməklərindən Şeşəndaz plovunun reseptini təqdim edir.
Tərkibi:
  • 150 qr düyü
  • 50 qr ərinmiş kərə yağı
  • 2 ədəd yumurta
  • 100 qr soğan
  • 0,5 qr lumon duzu
  • 5 qr şəkər tozu
  • 0,1 qr zəfəran
  • 0,2 qr darçın
  • duz, istiot
Hazırlanma qaydası:
İlk öncə soğanı halqa doğrayın. Doğradığınız soğanı tavada yağda qızardın. Üzərinə limon duzu və şəkər tozu əlavə edib qarışdırın. Yumurtaları bir kasada çırpın. Çırpdığınız yumurtaları bişən soğanın üzərinə əlavə edib bişirin.
Düyünü suda yarım saatlıq isladın. Qazanda düyü üçün su qaynadın. Düyünü az duz tökülmüş suda bişirin. Bişirib süzdüyünüz düyünün aralarına zəfəran səpərək dəmə qoyun. Süfrəyə verdikdə plovun üstünə qayğanağı əlavə edin. Üzərinə əridilmiş kərə yağı və darçın səpin.

Nuş Olsun!
Qeyd: Şəşəndazı ətsiz bişirdikdə süfrəyə verdikdə üzərinə doşab və ya abqora tökə bilərsiniz. Ət ilə bişirildikdə doğranmış mal əti soğanla birlikdə qovrulmalıdır.скачать dle 12.1
Ət yeməkləri
Asan hazırlanan kotlet resepti - VİDEO

Asan hazırlanan kotlet resepti - VİDEO..

Ərzaqlar 350 qr. qiymə 700 qr. kartof 2 ədəd yumurta 2 diş sarımsaq 1 yemək qaşığı duz 1/2 çay qaşığı...

Ət yeməkləri
Fərqli Dad: Sobada Kartof Dolması

Fərqli Dad: Sobada Kartof Dolması..

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma...

Ət yeməkləri / Qəlyanaltılar
Qaynadılmış Dil Delikatesi

Qaynadılmış Dil Delikatesi..

Qaynadılmış ətirli mal dili ən dadlı delikateslərdəndir. Dildən həm tək halda, həm də müxtəlif...

Ət yeməkləri
Ev Şəraitində Ət dönəri

Ev Şəraitində Ət dönəri..

Ev şəraitində ət dönəri hazırlamaq olduqca asan, olduqca faydalı və hazırından heç fərqlənmir. Qurman.az...

Ət yeməkləri / Aş - Plov
Azərbaycan Mətbəxinin Unudulmuş Yeməyi-Şeşəndaz Plov

Azərbaycan Mətbəxinin Unudulmuş Yeməyi-Şeşəndaz Plov..

Keçmişdə Abşeron əhalisinə xas olan Şeşəndaz  (Şazəndə)  unudulmuş yeməklərdəndir. Şeşəndaz həm ətsiz ,...

Ət yeməkləri
Cənub mətbəxinin mövsümi yeməyi - VİDEO

Cənub mətbəxinin mövsümi yeməyi - VİDEO..

Azərbaycan mətbəx mədəniyyətinin zənginliyi ilə də məşhurdur. Təsadüfi deyil ki, milli mətbəximizdə...

Rəylər (0)