30.10.2022 Paylaşdı: Qurman 32 0

Sovet Dövrünün Nostalji Yeməyi- Qulyaş

Sovet Dövrünün Nostalji Yeməyi- Qulyaş

Müasir mətbəxin ləzzətlərinə baxmayaraq, bəzən bütün ailəni doyuzdurmaq üçün sadə bir resept axtarırsan.  Hazırlanması çox sadə olsa da həqiqətən unudulmaz bir dadlardan biridir qulyaş. Qurman.az Sovet dövründən qalma nostalji yeməyin reseptini təqdim edir.

Sovet Dövrünün Nostalji Yeməyi- Qulyaşın tərkibi:

  • 300-400 qr mal əti (quşbaşı doğranmış)
  • 2 ədəd soğan
  • 2 ədəd yerkökü
  • 1 xörək qaşığı tomat pastası
  • 2 ədəd dəfnə yarpağı
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı şəkər tozu
  • istiot
  • qaynar su
  • maye yağ (və ya zeytun yağı, kərə yağı)
  • 1-2 xörək qaşığı un

Püre üçün:

  • 4 ədəd kartof
  • 1 dolu xörək qaşığı kərə yağı
  • yarım stəkan isti süd
  • duz, istiot

Sovet Dövrünün Nostalji Yeməyi- Qulyaşın hazırlanma qaydası:

Doğranmış ətləri yağda qovurun. Üzərinə xırda doğranmış soğanları əlavə edin. Soğanlar da yüngül qovrulandan sonra üzərinə sürtgəcdən keçirilmiş yerkökünü də əlavə edin. Daha sonra tomat pastası, duz, istiot, şəkər tozu, dəfnə yarpağı və qaynar su töküb vam odda bişməyə qoyun. Kiçik bir tavada bir parça kərə yağı əridin. Tavaya unu töküb orta odda dayanmadan qarışdıraraq qovurun. Topaqlanmaması üçün qarışdıraraq unun rəngi dəyişənə qədər (yandırmayın, əks halda acı olacaq!) qovurun. Ocaqda qaynayan ətin suyundan az-az qovrulmuş una əlavə edib yaxşıca qarışdırın. Daha sonra unu yeməyə əlavə edib qarışdırın. Qulyaşın ətləri yumşalıb bişibsə yeməyi ocaqdan götürə bilərsiniz.
Püreni hazırlamaq üçün qabığı soyulmuş kartofları duzlu suda bişirin. Bişən kartofları sudan çıxarıb üzərinə kərə yağı töküb əzin. Kənarda südü qaynar edib əzilmiş kartofa əlavə edib qarışdırın. Püreyə zövqə görə duz, istiot əlavə edin.
Qulyaşı süfrəyə südlü kartof püresi, makaron, bulqur və ya başqa qarnirlə verə bilərsiniz.скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Декабрь 2022    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Statistika