1.09.2022 Paylaşdı: Qurman 180 0

Yeni Şuba Salatı

Yeni Şuba Salatı

Bayram masalarının ənənəvi yeməyi salatlardır. Yeni il süfrəsini balıqsız təsəvvür etmək qeyri-mümkündür. Odur ki, bayram axşamı masaya siyənəkli şuba salatının qoyulması artıq ənənə halını alıb. Dəyişikliyi sevənlər bu dəfə ənənəvi şuba salatına yenilik edə bilər. Qurman.az zərif və dadlı yeni şuba salatının reseptini təqdim edir.
Tərkibi:

  • 3 ədəd kartof
  • 3 ədəd yerkökü
  • 2 ədəd çuğundur
  • 2 ədəd yumurta
  • 1 ədəd soğan
  • 2 ədəd az duzlu siyənək balığı filesi
  • 2 ədəd alma
  • 2 xörək qaşığı limon suyu
  • 200 qr mayonez
  • duz, istiot -zövqə görə
Hazırlanma qaydası:
Bir qabda kartof, yerkökü və çuğunduru suda bişirin. Yumurtaları da bişirib soyudun. Tərəvəzlərin və yumurtanın qabıqlarını təmizləyin.

Siyənək balığı filesinin xırda sümüklərini ayırıb kub şəklində doğrayın. Soğanı da çox xırda nazik kub şəklində doğrayın.

Almaları yuyub kağız dəsmalla qurulayın. Daha sonra orta hissəsini ayırıb atın və qabığını soyun. Almaları uzun samanvari şəkildə doğrayıb limon suyuyla qarışdırın.

Soyuyan yumurtaları rəndələyin və ya çəngəllə əzin.

Kartof və yerkökünü də rəndələyin və ya xırda kub şəklində doğrayın. Çuğunduru da rəndənin xırda gözündən keçirin və yüngülcə sıxın.

Böyük boşqaba ilk qat kartofu yayıb duz və istiot vurun. Üzərinə siyənək balığı və soğanı düzüb mayonez yaxın.

Daha sonra yerkökü+mayonez, çuğundurun yarı hissəsi+mayonez və yumurta+mayonez. Hər qata duz və istiot vurmağı unutmayın.

Qalan kartof və almaları da yayıb hamarlaşdırın. Üstündən və yan hissələrindən qalan çuğunduru da yayın.

Mayonez yaxıb qaşıqla hamarlaşdırın. Hazır şuba salatını 2-3 saatlıq soyuducuya yerləşdirin.скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Март 2023    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Statistika

AzərbaycanDünya mətbəxinin müxtəlif xörəklər, salatlar, şirniyyatlar və dietik yeməklərin hazırlanma qaydaları