30.10.2022 Paylaşdı: Qurman 32 0

Əti Əvəz Edən İstridiya “Veşenka” Göbələk Qovurması

Əti Əvəz Edən İstridiya “Veşenka” Göbələk Qovurması

Əti Əvəz Edən İstridiya “Veşenka” Göbələk Qovurması

Author: Selcan XatunCategory: Pəhriz YeməkləriQəlyanaltılar
Yields:1 Servingİstridiya, asılqal (daha çox “veşenka” kimi tanınan) göbələkdir. İstridiya “veşenka” göbələyinin insan orqanizmi üçün faydası olduqca böyükdür. Bu göbələk bir sıra müalicəvi təsirlərə malikdir, insanın immun sistemini gücləndirir, çoxsaylı vitamin və mineral mənbəyidir, bədəndə yığılmış toksinlərin xaric olunmasında faydalıdır, eləcə də yüksək zülal tərkibli olması onu ət və ət məhsullarının ideal əvəzedicisinə çevirir. İstridiya göbələyinin 100 qramında cəmi 38 kalorinin olması isə onu pəhriz saxlayanlar və arıqlamaq istəyənlər üçün cəlbedici edir. Tərkibinə görə bu göbələk ət ilə oxşardır. Ona görə də Azərbaycanın bəzi bölgələrində bu göbələyə “ət” göbələyi də deyirlər.
Qurman.az ən dadlı və qidalı, eyni zamanda faydalı növlərindən biri olan istridiya (veşenka) göbələk qovurmasının reseptini təqdim edir.

Əti Əvəz Edən İstridiya “Veşenka” Göbələk Qovurmasının tərkibi:

  • 500 qr istridiya “veşenka” göbələyi
  • 100 qr kərə yağı
  • 2 diş sarımsaq
  • duz, kimyon (cirə)
  • karri tozu, kəklikotu
  • qırmızı istiot, qara istiot

Əti Əvəz Edən İstridiya “Veşenka” Göbələk Qovurmasının hazırlanma qaydası:

İlk öncə göbələkləri yuyub kağız salfetlə qurulayın. Yuyulmuş göbələkləri uzun formada doğrayın. Tavada kərə yağını əridin. Doğranmış göbələkləri qızdırılmış tavaya töküb arabir qarışdıraraq bişirin. Qovrulan göbələklərə doğranmış əlavə edib qarışdırın. Duz, kimyon (cirə), karri tozu, kəklikotu, qırmızı istiot və qara istiotu da əlavə edib qarışdırın. Yemək hazırdır! Zövqə görə yeməyin yanında makaron, kartof, tərəvəz və s. qarnirlərlə süfrəyə verə bilərsiniz.скачать dle 12.1


Tags:
Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Декабрь 2022    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Statistika