30.10.2022 Paylaşdı: Qurman 31 0

Şəkər Xəstələri Üçün Mərcimək Şorbası

Şəkər Xəstələri Üçün Mərcimək Şorbası

Bəzi xəstəliklər gündəlik həyatda qidalanmamıza təsir edir.  Şəkərli diabet xəstələri də yeməklərindən düzgün istifadə etməklə qan şəkərini tarazlaşdıra bilərlər. Tam şəfa mənbəyi olan zərdəçal (sarıkök) və darçın diabet xəstələri üçün xilasedicidir. Bu iki müalicə mənbəyi ilə diabet şorbası hazırlaya bilərsiniz. Qurman.az şəkər xəstələri üçün xüsusi müalicəvi şorbanın reseptini təqdim edir.

Şəkər Xəstələri Üçün Mərcimək Şorbasının tərkibi:

  •  1 stəkan qırmızı mərcimək
  • 1 ədəd yerkökü
  • 2 ədəd soğan
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı zərdaçal tozu (sarıkök)
  • yarım çay qaşığı darçın tozu
  • pul bibər, nanə qurusu, duz

Şəkər Xəstələri Üçün Mərcimək Şorbasının hazırlanma qaydası:

Soğan və yerkökünü doğrayın. Qazana doğranmış yerkökü, soğan və yuyulmuş mərciməyi tökün. Üzərinə üstünü örtəcək qədər su əlavə edin və aşağı istilikdə qaynadın. Qaynadılmış inqrediyentləri blenderin köməyi ilə əzin və ədviyyatları əlavə edin. Zəif ocaqda bir neçə dəqiqə daha bişdikdən sonra 2 xörək qaşığı zeytun yağı əlavə edib yenidən qarışdırın. Hazır şorbanı isti halda süfrəyə verin. Zövqə görə üzərinə limon sıxa bilərsiniz.скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Декабрь 2022    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Statistika