28.09.2022 Paylaşdı: Qurman 65 0

Artıq Mövsümüdür: Sobada Ləziz Souslu Balıq Yeməyi

Artıq Mövsümüdür: Sobada Ləziz Souslu Balıq Yeməyi

Ləziz sousu ilə  yumşaq balıqlar axşam yeməklərinizi ziyafətə çevirəcək. İstədiyiniz balığı bu reseptə birləşdirə bilərsiniz və bu məqaləni hansı mövsümdə görmüsünüzsə, mövsümün gözəl balıqlarından istifadə edə bilərsiniz. Bu reseptə təzə pomidorlardan əlavə, yayda hazırlanmış konservləşdirilmiş pomidorları da daxil edə bilərsiniz. Qurman.az sobada ləziz souslu balıq yeməyinin reseptini təqdim edir.

Sobada Ləziz Souslu Balıq Yeməyinin tərkibi:
3 xörək qaşığı zeytun yağı
2 ədəd qırmızı soğan
2 ədəd böyük ölçülü pomidor
3 ədəd yaşıl bibr
2 ədəd qırmızı bibər
1/2 xörək qaşığı pomidor tomatı
1/2 xörək qaşığı bibər tomatı
1 ədəd ləvrək balığı
2 diş sarımsaq
1 stəkan isti su
1/2 çay qaşığı pul bibər
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1/2 ədəd limon suyu
3 budaq cəfəri
Sobada Ləziz Souslu Balıq Yeməyinin hazırlanma qaydası:
İlk öncə soğanı kub formasında doğrayın. Doğranmış soğanı zeytun yağında tavada rəngi  dəyişənə qədər yüngülcə qızardın. Üzərinə kub formasında doğranmış bibərləri əlavə edib qovurun. Daha sonra tavaya tomat pastası əlavə edin və tərəvəzləri tomat pastası ilə birlikdə 2 dəqiqə qızardın. Kiçik kub formasında doğranmış pomidor, pul bibər, duz, istiot və çox xırda doğranmış sarımsağı əlavə edin. Tavanın qapağını örtün ki,  pomidorlar bir az şirəsi buraxsın. Şirəsini buraxan pomidorlara 1 stəkan qaynar su əlavə edin və 10 dəqiqə daha az odda bişirin. Bu sousu  soba sinisinə töküb üzərinə balıq dilimlərini qoyun. Bir qabda limon suyunun üzərinə xırda doğranmış cəfəri əlavə edib qarışdırın. Bu qarışığı balığın üzərinə tökün. Balıqları əvvəlcədən 175 dərəcə qızdırılmış sobada bişirin. Bişən balıq yeməyini istədiyiniz göyərti ilə süfrəyə verə bilərsiniz.скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Декабрь 2022    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Statistika