18.08.2022 Paylaşdı: Qurman 236 0

Qozun Faydaları Möcüzə Yaradır

Qozun Faydaları Möcüzə Yaradır

Artıq çəkidən xilas olmaq, hamiləlik, ürək sağlamlığı, qəbizlik kimi insan həyatı üçün ən əhəmiyyətli mövzularda qozun möcüzəvi faydalarını bilirsinizmi? Amerika Səhiyyə Nazirliyi tərəfindən qozun faydaları elmi olaraq təsdiq olundu və mütəxəssislər hər gün qoz yeməyi tövsiyə edir. Evdar.az qozun möcüzəvi faydaları haqqında məlumatı təqdim edir.

Göbək Yağlarını Əritməkdə Təsirlidir

Qida mütəxəssislərinin apardığı müşahidəyə görə qoz, göbək əritmədə ən təsirli çərəzlərdən biridir. Daşıdığı faydalı yağlar, kalsium, sink, maqnezium, dəmir kimi minerallar sayəsində qarın yağlarını əridir.

Tiroid Hormonlarını Tənzimləyir

Qoz, tiroid xəstələri üçün möcüzə bir qidadır. Tiroid hormonlarını tənzimləyir, insanın özünü daha gümrah hiss etməsini təmin edir və xəstəliyin sağalmasını sürətləndirir.

Qozun faydası

Ürək Xəstəliklərindən Qoruyur

Ürək və damar xəstəliklərindən qorunmağa köməkçi olan qoz, infarkt riskini aşağı salır.

Uzun Müddət Tox Saxlayır

Tərkibində zülal və faydalı yağlar olan qoz, uzun müddət tox tutaraq ac qalmadan çəki atmağa köməkçi olur. Pəhriz edərkən qəlyanaltı əvəzinə qoz ideal, yağ yandırıcı qidalardan biridir.

Saç Tökülməsinin Qarşısını Alır

Tərkibindəki sink və zülal saç tökülməsinin qarşısını alır, güclü və parlaq saçlara sahib olmağınıza kömək edir.

İnsanı Daha Ağıllı Edir

Şəkil olaraq beyinə bənzəyən qoz, daşıdığı selen sayəsində beyin hüceyrələrini təzələyir, insanı daha ağıllı edir.

Depressiyadan Xilas Edir

Depressiya, panik-atak, əsəb pozğunluğu kimi sinir xəstəliklərindən xilas edir, sinir sistemini gücləndirir.

Xolesterini Aşağı Salır

Zərərli xolesterini aşağı salmağa köməkçi olan qoz, bu xüsusiyyətini Omega-3 yağlarından alır.

Körpənin İnkişafını Təmin Edir

Hamiləlikdə qozun faydaları yüksəkdir. Uşağın sağlam inkişafına kömək edir. Ananın hamiləlikdə balanslı şəkildə çəki almasını təmin edir.

Cinsi Gücü Artırır

Qoz, kişidə sperma sayını artıraraq yoldaşının hamilə qalma ehtimalını yüksəldir.

Qocalmağı Gecikdirir

Antioksidant tərkibli qoz qocalmağı gecikdirir və sərbəst radikallara qarşı hüceyrələri qoruyur. Bu xüsusiyyəti ilə xərçənglə mübarizədə yaxşı döyüşçüdür.

Sızanaqları Yaxşılaşdırır

E vitamini ehtiva edən qoz, dəri sağlamlığını qoruyaraq sızanaqları yaxşılaşdırır. Hamar və sağlam bir dəri üçün qoz, ən böyük köməkçidir.

Prostat Xərçəngindən Qoruyur

Kişilərin ən böyük qorxularından olan prostat xərçənginə qarşı qoz, ən yaxşı qoruyucudur.

İdman Edənlər Üçün Dəstəkdir

İdman edənlər əzələlərinin qidalanlandırması üçün zülal istifadə edirlər. Qoz, bitki tərkibli zülal olduğundan idman edənlər və ya vegeteryan olanlar üçün yaxşı bir mənbədir.

Qoz Necə İstifadə Edilməlidir?

Qoz çox xeyirlidir, ancaq kalorisi yüksəkdir. Gündə orta hesabla 4 ədəd qoz yemək idealdır, artıq qəbul etdikdə çəki ala bilərsiniz.скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Март 2023    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Statistika

AzərbaycanDünya mətbəxinin müxtəlif xörəklər, salatlar, şirniyyatlar və dietik yeməklərin hazırlanma qaydaları