Ev Şəraitində Qoz Sirkəsi

Ev Şəraitində Qoz Sirkəsi
Sirkə ləzzətli, eyni zamanda da çox şəfalı bir məhsuldur. Xüsusilə ev şəraitində müxtəlif meyvələrlə edilən qatqısız sirkələr, son dövrdə sağlam qidalanmaq istəyənlər üçün idealdır. Bunlardan biri də qoz sirkəsidir. Qurman.az ev şəraitində qoz sirkəsinin hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
  • 2 stəkan xırda çəkilmiş qoz
  • 4 litr su
  • 1 stəkan təbii sirkə
  • 1 stəkan çiçək balı
  • 1 xörək qaşığı təbii duz
  • 10-15 ədəd noxud
  • 1 stəkan bulgur (yarma)
Hazırlanma qaydası:
İlk öncə böyük ölçüdə bir qabı yaxşıca yuyub sterilizə edin. 4 litr suyu da bir qabda qaynadıb soyuması üçün kənara qoyun. Qozları toz halına gələnə qədər döyün ya da mətbəx robotundan keçirin. Xırda çəkdiyiniz qozları sterilizə etdiyiniz qaba qoyub üzərinə balı və sirkəni əlavə edin. (Şəkər problemi olanlar sirkəsini bal istifadə etmədən də edə bilər.) Daha sonra qaynatdığınız suyu da əlavə edin. Sonda duzu da əlavə edib qarışıdın. Qabı təmiz tənziflə örtüb rezin qapaqla bağlayın.  Qarışığı günəş görməyən sərin bir yerə yerləşdirib 20 gün saxlayın. Bu müddətdə hər gün taxta qaşıqla qarışdırın. Sirkəni 20-ci günün sonunda süzüb yenidən qaba tökün. İçərisinə yarmanı və noxudları da əlavə edib qapağını möhkəmcə bağlanın. 2 ay boyunca bu şəkildə mayalandırdığınız sirkənizi bu müddətin sonunda süzüb istifadə edə bilərsiniz.


Qoz sirkəsinin faydaları haqqında bu məqaləmizdən oxuya bilərsiniz..скачать dle 12.1
Qışa Hazırlıq / Mürəbbələr
Şəkərsiz Mürəbbə Reseptləri

Şəkərsiz Mürəbbə Reseptləri..

Bu resept körpələr, şəkər xəstəsi olan hamilələr, diabetli insanların və sağlam mürəbbə  yemək istəyən...

Qışa Hazırlıq
Marinə Edilmiş Göbələk

Marinə Edilmiş Göbələk..

Şampinyon göbələyi vitamin və minerallarla zəngindir. Faydalı xüsusiyyətləri ilə arıqlamaq məqsədilə...

Qışa Hazırlıq
2 Həftəyə Yeyə Biləcəyiniz Xiyar Turşusu

2 Həftəyə Yeyə Biləcəyiniz Xiyar Turşusu..

Xiyar turşusunu çox gözləmədən qısa müddətdə necə hazırlamaq olar?  Qurman.az 2 həftəyə yeyə biləcəyiniz...

Qışa Hazırlıq
Şirin bibərlə hazırlanan ləzzətli közlənmiş salat - VİDEO

Şirin bibərlə hazırlanan ləzzətli közlənmiş salat -..

Bu dəfə sosial şəbəkədə "Dadli Metbexim" adı ilə tanınan səhifəyə istinadən şirin bibərlə hazırlanan çox...

Qışa Hazırlıq
Pomidor salatı - VİDEO

Pomidor salatı - VİDEO..

Ərzaqlar * 6 ədəd soğan (böyükdürse 4 ədəd) * 6 diş sarımsaq * 6 ədəd yaşıl bibər * 1 ədəd acı bibər * 2...

Qışa Hazırlıq
Ev Şəraitində Qoz Sirkəsi

Ev Şəraitində Qoz Sirkəsi..

Sirkə ləzzətli, eyni zamanda da çox şəfalı bir məhsuldur. Xüsusilə ev şəraitində müxtəlif meyvələrlə...

Rəylər (0)