22.08.2022 Paylaşdı: Qurman 185 0

Marinə Edilmiş Göbələk

Marinə Edilmiş Göbələk

Şampinyon göbələyi vitamin və minerallarla zəngindir. Faydalı xüsusiyyətləri ilə arıqlamaq məqsədilə pəhriz saxlayanlar da göbələkdən istifadə edə bilərlər. Bu faydalı göbələkdən dadlı, ətirli marinə edilmiş göbələk hazırlaya bilərsiniz.
Tərkibi:

  • 450 qr təzə şampinyon göbələyi
  • 4 xörək qaşığı zeytun yağı
  • 2 xörək qaşığı ağ şərab sirkəsi
  • 2 xörək qaşığı qırmızı şərab sirkəsi
  • 4 budaq cəfəri
  • 2 diş sarımsaq
  • 1/2 çay qaşığı istiot
  • 1 çay qaşığı dəniz duzu
Hazırlanma qaydası:
İlk öncə şampinyon göbələyini yaxşıca yuyun. Bir qazanda su qaynadın. Göbələkli qaynayan suyun içərisinə töküb 3 dəqiqə qaynadın. Suyu süzüb göbələkləri mətbəx dəsmalıyla və salfetiylə qurulayın. Göbələkləri nazik dilim şəklində doğrayıb bir qaba tökün. Doğranmış göbələklərin üzərinə ağ və qırmızı şərab sirkəsi, doğranmış cəfəri, sarımsaqəzəndən keçirilmiş sarımsaq, duz, istiot və yağ əlavə edin. Yaxşıca qarışdırıb hermetik bankaya tökün. Bankanın qapağını yaxşıca örtüb bir neçə saatlıq və ya bir gecəlik soyuducuya yerləşdirin.скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Февраль 2023    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Statistika