Saxta Kərə Yağını Ayırd Etmək Üçün 5 Test

Saxta Kərə Yağını Ayırd Etmək Üçün 5 Test
Yeməklərdə, səhər yeməyində istifadə etdiyimiz kərə yağının tərkibində  A, D və E vitaminləri var. Kərə yağı eyni zamanda bir zülal qaynağıdır. Xolesterini aşağı salmaqda güclü bir antioksidant olan kərə yağı bədəndəki yağ nisbətini də qoruyur.
Ancaq bir çox qida məhsullarında da olduğu kimi kərə yağının saxtası təəssüf ki, istehsal olunur. Əgər aldığınız kərə yağının təbii olduğuna inanmaq istəyirsinizsə ev şəraitində testlərdən istifadə edə bilərsiniz.
Qurman.az evdə 5 asan üsulla təbii kərə yağını ayırd etməyin qaydasını sizlərlə bölüşür.

1. İsti Su Testi


İsti su testi
Bir parça kərə yağından götürün  və bir stəkan isti suya atın. Əgər kərə yağı bütöv şəkildə kiçilərək əriyirsə təbii kərə yağıdır. Əgər suyun içərisində parçalara ayrılaraq əriyirsə deməli saxta kərə yağıdır.

2. Kəsmə Testi

Kəsmə testi
Əgər soyuducudan çıxan kərə yağını kəsməkdə çətinlik çəkirsinizsə deməli təbii kərə yağıdır. Yox əgər bıçaq toxunduqda qırılarsa saxta kərə yağıdır.

3. Ərimə Testi

Ərimə testi
Kərə yağını otaq temperaturunda yumşalmağa qoyub gözləyin. Yavaş-yavaş yumşalsa, heç bir problem yoxdur, ancaq əriyən kimi su buraxarsa, bunun saxta olduğuna şübhə edə bilərsiniz.

4. Rəng Testi

Rəng testi
Kərə yağını əridin. Boşqaba əriyib axan hissələrin rənginə diqqət yetirin. Ərinmiş hissələrin rəngi yağdan daha tünddürsə, onda qida boyası istifadə olunub. Bu saxta kərə yağından istifadə etməyin.

5. Köpüklənmə Testi
Köpüklənmə testi
Tavada əritdiyiniz kərə yağı köpüklənməlidir. Əgər bu tələblərə cavab vermirsə saxta ola bilər. Təbii kərə yağının köpüklənməsinin səbəbi içindəki suyun sıxlığına görə çölə çıxmasıdır.
Bu testlərlə süfrənizə qoyacağınız və bişirmək üçün istifadə etdiyiniz kərə yağının keyfiyyətini öyrənərək ailənizi qoruya bilərsiniz.

скачать dle 12.1
Təqdimatlar
Qatığın Sağlamlığa İnanılmaz Faydası

Qatığın Sağlamlığa İnanılmaz Faydası..

Qatıq zəngin mineral və vitamin məzmunu sayəsində gündəlik qidalanmada sağlamlığa faydalıdır. Azərbaycan...

Təqdimatlar
Bu Günədək Qarğıdalını Səhv Bişirmisiniz: Düzgün Hazırlanma Qaydası

Bu Günədək Qarğıdalını Səhv Bişirmisiniz: Düzgün..

Qarğıdalını bu günə qədər səhv bişirmisiniz. Qurman.az-ın təqdim etdiyi bu üsulla inanılmaz dərəcədə...

Təqdimatlar
Əlverişsiz Şəraitdə Saxlanılan Ədviyyatlar Zəhər Saçır

Əlverişsiz Şəraitdə Saxlanılan Ədviyyatlar Zəhər Saçır..

Ədviyyatlar illər boyunca fərqli ölkələrdə və Azərbaycanda yeməklərə dad, ətir qatmaq məqsədiylə...

Təqdimatlar
Saxta Kərə Yağını Ayırd Etmək Üçün 5 Test

Saxta Kərə Yağını Ayırd Etmək Üçün 5 Test..

Yeməklərdə, səhər yeməyində istifadə etdiyimiz kərə yağının tərkibində  A, D və E vitaminləri var. Kərə...

Təqdimatlar
Dadlı qarğıdalının hazırlanma qaydası

Dadlı qarğıdalının hazırlanma qaydası..

Yəqin ki, qaynadılmış qarğıdalını çoxları sevir. Uşaqların da çox sevdiyi bir yeyəcək olan qaynadılmış...

Təqdimatlar
Ev Şəraitində Kərpic Kimi Qatıq Hazırlamağın Qaydası

Ev Şəraitində Kərpic Kimi Qatıq Hazırlamağın Qaydası..

Sağlam qidalanmağa üstünlük verənlər, xüsusilə də mədə və bağırsağı qorumaq istəyənlər təbii, qatqı...

Rəylər (0)