Yeni İl Tortu

Yeni İl Tortu
Yeni il gecəsinin olmazsa olmazlarından biri də yeni il tortudur. Yeni ilə sayılı günlər qala sevdiklərimizlə ləziz  bir süfrə ətrafında toplanıb ağzımızı dadlandıran və görünüşüylə süfrəni rəngləndirən tort axtarışında oluruq. Qurman.az görünüşüylə yeni ilin atributu şam ağacını xatırladacaq və uşaqları xoşbəxt edəcək Yeni il tortunun reseptini təqdim edir.
Tərkibi:
Biskviti üçün:
  • 1 2/3 stəkan un (213 qr)
  • 1 stəkan şəkər tozu (200 qr)
  • 1 çay qaşığı qabartma tozu (3 qr)
  • 3/4 stəkan (176 qr) otaq temperaturunda yumşaldılmış kərə yağı
  • 3 ədəd yumurta ağı
  • 1/2 stəkan xama (120 qr)
  • 1 çay qaşığı vanil ekstraktı (5 ml)
  • 1/2 stəkan süd (10 ml)
  • 1/2 çay qaşığı nanə ekstraktı (2,5 ml)
Qaymaqlı krem üçün:
  • 462 qr şəkər kirşanı
  • 228 qr kərə yağı
  • 1/2 stəkan yağlı qaymaq (120 ml)
  • 1 çay qaşığı vamil ekstraktı (5 ml)
Şam ağaclarını bəzəmək üçün:
  • 12 ədəd vafli konusu
  • 905 qr şəkər kirşanı
  • 545 qr kərə yağı
  • 1-2 xörək qaşığı süd və ya yağlı qaymaq (15-30 ml)
  • 1 çay qaşığı vanil ekstraktı (5 ml)
  • 20 damcı yağıl rəng qida boyası
Hazırlanma qaydası:
Biskviti hazırlamaq üçün bir qaba un, şəkər tozu, duz, soda və qabartma tozunu ələyin. Başqa bir qaba kərə yağı, xama, süd, yumurta ağı və vanil ekstraktını töküb yaxşıca qarışdırın. Unlu qarışığı maye qarışığa birləşdirib mikserlə yaxşıca çırpın. Xəmiri 3 hissəyə ayırın. Diametri 15 sm olan 3 ədəd soba qəlibini kərə yağıyla yağlayıb yüngül unlayın. Xəmiri qəliblərə bölüşdürüb əvvələcədən 170-175 dərəcə qızdırılmış sobada təxminən 30-35 dəqiqə bişirin. Bişən biskvitləri sobadan çıxarıb 4 dəqiqə qəlibdə saxlayıb daha sonra dəmir torun üzərinə qoyub soyudun.
Qaymaqlı kremi hazırlamaq üçün otaq temperaturunda yumşaldılmış kərə yağını kiçik hissəciklərə bölün və mikserin qabına tökün. Üzərinə şəkər kirşanı və duz əlavə edib mikserlə yaxşıca çırpın. Kremin yüngül konsistensiya olması üçün üzərinə 1 qaşıq süd əlavə edə bilərsiniz. Hazır kremi 2 hissəyə ayırın. Bir hissəsinə yaşıl rəng qida boyası əlavə edin. Konditer torbasına həm ağ kremi, həm də yaşıl rəngli kremi yan-yana tökün. İlk biskvitə qarışıq kremdən dairəvi şəkildə sıxıb ikinci korjü üzərinə yerləşdirin. Eyni qaydayla ikinci korju da kremləyib üçüncü korju yerləşdirin. Ağ rəngli kremi tortun üstünə və kənarlarına hamarlayaraq səliqəli şəkildə yaxın.
Vafli konuslarını iti bir bıçaq köməyi ilə 2 hissəyə ayırın. Krem üçün kərə yağı, şəkər kirşanı, süd və ya yağlı qaymaq, vanil ekstraktı və yaşıl rəng qida boyası əlavə edib yaşıl krem hazırlayın. Tortun kənarlarına müxtəlif ölçülü vafli konuslarını batırıb üzərini yaşıl rəngli kremlə şam ağacı bəzəyi edin. Tortun üzəri üçün kiçik ölçülü vafli konuslarını da bəzəyib yerləşdirin. Üstündən şəkər kirşanı səpərək qar görünüşü verin. Hazır tortu bayram süfrəsinə verə bilərsiniz.скачать dle 12.1
Tort reseptləri
Sevgililər Üçün Ürək Tortu

Sevgililər Üçün Ürək Tortu..

Qarşıdan gələn 14 fevral Sevgililər günü üçün sevdiyiniz insana öz əllərinizlə sevginizi qataraq çox...

Tort reseptləri
“Mon Plezir” Tortu

“Mon Plezir” Tortu..

“Mon Plaisir” (Mon Plezir)  fransız dilindən tərcümədə “mənim zövqüm” deməkdir. Qurman.az bu dadlı...

Tort reseptləri
Görünüşü İlə Göz Oxşayan Şokoladlı, Albalılı Tort

Görünüşü İlə Göz Oxşayan Şokoladlı, Albalılı Tort..

Bu tortun mükəmməl görünüşü və dadı uzun müddət qonaqlarınızın yaddaşında qalacaq. Qurman.az görünüşü...

Tort reseptləri
Yeni İl Tortu

Yeni İl Tortu..

Yeni il gecəsinin olmazsa olmazlarından biri də yeni il tortudur. Yeni ilə sayılı günlər qala...

Tort reseptləri
Ballı tort - VİDEO

Ballı tort - VİDEO..

Ərzaqlar Stəkan tutumu-200 ml * 3 yumurta * 1 stəkan şəkər tozu * 3 xörək qaşığı bal * 100 qr kərə yağı...

Rəylər (0)