“Mon Plezir” Tortu

“Mon Plezir” Tortu
“Mon Plaisir” (Mon Plezir)  fransız dilindən tərcümədə “mənim zövqüm” deməkdir. Qurman.az bu dadlı tortun reseptini təqdim edir.
Tərkibi:
  • 1 stəkan un
  • 3/4 stəkan kartof nişastası
  • 1-1/2 stəkan şəkər tozu
  • 300 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
  • 9 ədəd yumurta
  • 250 qr qoz ləpəsi
  • 2 çay qaşığı qabartma tozu
Şokoladlı krem üçün:
  • 400 qr kərə yağı
  • 3 xörək qaşığı şəkər kirşanı
  • 1 banka qatılaşdırılmış süd
  • 5 xörək qaşığı kakao
Hazırlanma qaydası:
Bir qabda yumurta və şəkər kirşanını mikserlə yaxşıca çırpın. Başqa bir qabda kərə yağını çırpın. Üzərinə kartof nişastası və xırdalanmış qoz ləpəsi əlavə edib qarışdırın. Yumurta qarışığını da kərə yağı qarışığına əlavə edib çırpmağa davam edin. Qabartma tozu və un töküb qarışdırın. Çırpdığınız kütləni yağlanmış soba sinisinə yayın və əvvəlcədən 180-190 dərəcə qızdırılmış sobada 1-1,5 saat bişirin. Sobanı söndürüb biskviti içərisində 10 dəqiqə saxlayın. Sobadan çıxarıb soyuyan biskviti 2 hissəyə bölün.
Şokoladlı kremi hazırlamaq üçün bir qabda kərə yağını mikserlə çırpın. Üzərinə qatılaşdırılmış süd və kakaonu əlavə edib krem konsistensiyası alınanadək yaxşıca çırpın.
Biksvitin üzərini və kənarlarını kremləyin. Üzərini zövqə görə bəzəyə bilərsiniz.скачать dle 12.1
Tort reseptləri
Yeni İl Tortu

Yeni İl Tortu..

Yeni il gecəsinin olmazsa olmazlarından biri də yeni il tortudur. Yeni ilə sayılı günlər qala...

Tort reseptləri
Görünüşü İlə Göz Oxşayan Şokoladlı, Albalılı Tort

Görünüşü İlə Göz Oxşayan Şokoladlı, Albalılı Tort..

Bu tortun mükəmməl görünüşü və dadı uzun müddət qonaqlarınızın yaddaşında qalacaq. Qurman.az görünüşü...

Tort reseptləri
Ballı tort - VİDEO

Ballı tort - VİDEO..

Ərzaqlar Stəkan tutumu-200 ml * 3 yumurta * 1 stəkan şəkər tozu * 3 xörək qaşığı bal * 100 qr kərə yağı...

Tort reseptləri
“Mon Plezir” Tortu

“Mon Plezir” Tortu..

“Mon Plaisir” (Mon Plezir)  fransız dilindən tərcümədə “mənim zövqüm” deməkdir. Qurman.az bu dadlı...

Tort reseptləri
Sevgililər Üçün Ürək Tortu

Sevgililər Üçün Ürək Tortu..

Qarşıdan gələn 14 fevral Sevgililər günü üçün sevdiyiniz insana öz əllərinizlə sevginizi qataraq çox...

Rəylər (0)