Qat-Qat Samsa

Qat-Qat Samsa
Fərqli mətbəxlərin damaq dadımıza ən uyğun ləzzətlərindən biri də Özbək samsadır. Qurman.az dadlı, qatlı və doyurucu samsa reseptini təqdim edir.
Tərkibi:
Xəmir üçün:
  • 4 stəkan un
  • 1 ədəd yumurta
  • 1 stəkan isti su
  • 50 qr kərə yağı
  • 0,5 çay qaşığı duz
  • 100-150 qr kərə yağı (qatları yağlamaq üçün)
İçlik üçün:
  • 600-700 qr yağlı qoyun əti
  • 2 ədəd soğan
  • duz, istiot
Üzəri üçün:
  • 1 xörək qaşığı süd
  • yumurta sarısı
  • qara zirə-zövqə görə
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün yoğurma qabına yumurtanı sındırıb çırpın. Üzərinə ərinmiş kərə yağı, duz,isti su töküb qarışdırın. Unu az-az ələyərək xəmir yoğurun. Xəmir hamar və elastik olmalıdır. Dəzgahıın üzərinə qoyub xəmiri 3 kündəyə ayırın. Kündələri salafana keçirib 30-40 dəqiqə dəzgahın üstündə saxlayın.  Kündənin birini nişastayla 2 mm enində düzbucaqlı formada yayın. Eyni şəkildə qalan kündələri də düzbucaqlı formada yayın. Yaydığınız kündələri yağlayıb bir az yağın donmasını gözləyin. Daha sonra yağlanmış yuxaları üst-üstə yerləşdirin. Üst-üstə düzdüyünüz xəmiri rulet şəkli verərək möhkəm bükün.  Xəmiri orta hissəsindən iti bir bıçaqla 1.5 sm qalınlığında kəsin və 15-20 dəqiqəlik dondurucuya yerləşdirin.

Soyuducudan götürdüyünüz xəmirdən kəsdiyiniz dilimləri kiçik dairə böyüklüyündə yayın.

İçlik üçün çəkilmiş qoyun ətinə xırda doğranmış soğan,duz və istiot vurub qarışdırın. Yaydığınız xəmirə 1 xörək qaşığı içlik qoyun.

İçliklə doldurulmuş xəmiri üçbucaq formada bükün.

Eyni qaydayla bütün xəmirləri doldurub bükün. Samsaları yağlı kağız sərilmiş soba sinisinə düzüb üzərinə çırpılmış yumurta sarısı və süd qarışığını yaxın. Üzərinə qara zirə səpib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.скачать dle 12.1
Şirniyyat Reseptləri
Nənələrin Çaylı Keksi

Nənələrin Çaylı Keksi..

Keks çay süfrələrinin ən ləzzətli şirniyyatlarındandır. Keksin bir çox növləri var, ancaq keçmişdən bu...

Şirniyyat Reseptləri
Qoxusuyla Məst Edəcək Portağallı Çizkeyk

Qoxusuyla Məst Edəcək Portağallı Çizkeyk..

Qış mövsümü üçün ləzzəti və qoxusu ilə sizi məst edəcək bir desert. C vitamini baxımından zəngin bu...

Şirniyyat Reseptləri
Şokoladlı Günəbaxan Halvası

Şokoladlı Günəbaxan Halvası..

Halva – bütün dünyada məşhur olan bir şərq desertidir. Halvanın bir çox reseptəri var.  Qurman.az bu gün...

Şirniyyat Reseptləri
Ləziz Şəftəlili Piroq

Ləziz Şəftəlili Piroq..

Həm gözə, həm də damaq zövqünə xitab edən ətirli şəftəlidən ləzzətli piroq hazırlaya bilərsiniz. Üzərinə...

Şirniyyat Reseptləri
Ləziz Naringili Keks

Ləziz Naringili Keks..

B və C vitamin anbarı olan qış meyvəsi olan naringini sevənlər üçün dadlı bir keks.Qurman.az asan...

Şirniyyat Reseptləri / Peçenye reseptləri
Ətirli Limonlu Peçenye

Ətirli Limonlu Peçenye..

Limonlu peçenyelərin ləzzətinə limonlu krem də əlavə olunduqda ortaya xoş ətirli çox ləzzətli peçenyelər...

Rəylər (0)