Ləziz Naringili Keks

Ləziz Naringili Keks
B və C vitamin anbarı olan qış meyvəsi olan naringini sevənlər üçün dadlı bir keks.Qurman.az asan hazırlanan ətirli, ləzzətli və yumşaq naringili keksin reseptini təqdim edir.
Tərkibi:
  • 4 ədəd yumurta
  •  3/4 stəkan şəkər tozu
  • 1/2 stəkan zeytun yağı
  • 1/2 stəkan təzə sıxılmış naringi şirəsi
  • 2,5 xörək qaşığı qatıq
  • 1,5 stəkan un
  • 1/2 stəkan badam unu
  • 1 paket qabartma tozu
Üzəri üçün:
  • 3 ədəd naringi
Hazırlanma qaydası:
Bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə qatıq, zeytun yağı və təzə sıxılmış naringi şirəsini əlavə edib qarışdırın. Daha sonra ələnmiş un və qabartma tozunu əlavə edin Badam ununu da əlavə etdikdən sonra keks xəmirini taxta qaşıq və ya spatulayla qarışdırın. Keks qəlibini kərə yağıyla yağlayın. Xəmiri qəlibə yayın və üzərinə qabıqları və ağ hissələri təmizlənmiş naringiləri xəmirin üstündən zövqə görə düzə bilərsiniz. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Sobadan çıxan keksi soyuması üçün kənara qoyun. Daha sonra dilimləyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!
Qeyd: Naringinin möhtəşəm dadıyla yanaşı sağlamlıq baxımından da mükəmməl faydası var.  Qış aylarında soyuqdəymə və qripə qarşı çox geniş şəkildə istifadə olunur. Naringi suyu ən az naringinin özü qədər sağlamlıq baxımından faydalıdır. Bundan əlavə naringi qabığı da sağlamlığımıza fayda verir.
скачать dle 12.1
Şirniyyat Reseptləri
İspan Mətbəxinin Ləziz Şirniyyatı- Çurros

İspan Mətbəxinin Ləziz Şirniyyatı- Çurros..

Churros (Çurros) bütün dünyanın sevdiyi heyrətamiz desertdir. Qurman.az üstü xırçıltılı, içi yumşaq...

Şirniyyat Reseptləri
Ləziz Şəftəlili Piroq

Ləziz Şəftəlili Piroq..

Həm gözə, həm də damaq zövqünə xitab edən ətirli şəftəlidən ləzzətli piroq hazırlaya bilərsiniz. Üzərinə...

Şirniyyat Reseptləri
Nənələrin Çaylı Keksi

Nənələrin Çaylı Keksi..

Keks çay süfrələrinin ən ləzzətli şirniyyatlarındandır. Keksin bir çox növləri var, ancaq keçmişdən bu...

Şirniyyat Reseptləri
Qoxusuyla Məst Edəcək Portağallı Çizkeyk

Qoxusuyla Məst Edəcək Portağallı Çizkeyk..

Qış mövsümü üçün ləzzəti və qoxusu ilə sizi məst edəcək bir desert. C vitamini baxımından zəngin bu...

Şirniyyat Reseptləri
İnanılmaz Dadlı, İkisi Birində: Paxlava-Çizkeyk

İnanılmaz Dadlı, İkisi Birində: Paxlava-Çizkeyk..

Bu, iki ləzzətli desertin – cheesecake (çizkeyk) və paxlavanın heyrətamiz birləşməsidir. Qurman.az...

Şirniyyat Reseptləri / Peçenye reseptləri
Ətirli Limonlu Peçenye

Ətirli Limonlu Peçenye..

Limonlu peçenyelərin ləzzətinə limonlu krem də əlavə olunduqda ortaya xoş ətirli çox ləzzətli peçenyelər...

Rəylər (0)