2.01.2023 Paylaşdı: Qurman 65 0

Moruqlu-Limonlu Möhtəşəm Kral Tortu

Moruqlu-Limonlu Möhtəşəm Kral Tortu

Möhtəşəm Kral Tortunun tərkibi:

  • 250 qr təzə moruq

Korj üçün:

  • 5 ədəd yumurta
  • 40 qr qarğıdalı nişastası
  • 1,5 çay qaşığı qabartma tozu
  • 100 qr un
  • 150 qr şəkər tozu
  • 1 çay qaşığı vanil

Kremi üçün:

  • 500 ml süd
  • 2 ədəd rəndələnmiş limon qabığı
  • 80 ml limon suyu
  • 30 qr qarğıdalı nişastası
  • 2 ədəd yumurta
  • 200 qr kərə yağı
  • 170 qr şəkər tozu

Biskviti islatmaq üçün:

  • 50 ml su
  • 2 xörək qaşığı limon suyu
  • 2 çay qaşığı şəkər tozu

Möhtəşəm Kral Tortunun hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün yumurtanın sarısını ağından ayırın. Bir qabda yumurta ağını mikserlə yaxşıca çırpın. Tədricən üzərinə şəkər tozunun yarısını əlavə edərək beze halına gələnə qədər çırpın. Qalan şəkər tozuyla başqa bir qabda yumurta sarısını çırpın. Üzərinə vanil əlavə edib qarışdırın. Çırpılmış yumurta sarısı kütləsini hissə-hissə yumurta ağına əlavə edib ehtiyyatla qarışdırın. Unu və qabartma tozunu ələyib xəmirə əlavə edib qarışdırın. Diametri 22 sm olan soba sinisinə yağlı kağız sərib xəmiri töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin.Kremi hazırlamaq üçün südü qızdırın. Başqa bir qabda şəkər tozu, yumurta və nişastanı qarışdırın. Üzərinə rəndələnmiş limon qabığı və südün təxminən üçdə bir hissəsini az-az əlavə edib dayanmadan qarışdırın. Bu qarışığı qazana qızdırılmış südün üzərinə əlavə edib qarışdırın. Orta ocaqda dayanmadan qarışdıraraq qatılaşana qədər qarışdıraraq bişirin. Ocaqdan götürüb soyudun. Otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə yaxşıca çırpın. Soyuyan bişmiş kremi hissə-hissə yağa əlavə edib çırpın. Dayanmadan çırparaq kremə az-az limon suyunu da əlavə edin.Korju islatmaq üçün qaynar suya şəkər tozu töküb qarışdırın. Otaq temperaturunda soyuyan qarışığa limon suyu da əlavə edib qarışdırın.
Soyuyan biskviti 3 eyni hissəyə ayırın. Birinci korju boşqaba qoyub hazırladığınız şirəylə isladıb krem yaxın. Bu qaydayla qalan korjları da isladıb kremləyib üst-üstə düzün. Tortu hərtərəfli kremləyib orta hissəsinə təzə moruq düzün.
Bu vaxt ərzində tortun bəzəyini hazırlayın. Mikrodalğalı sobada ağ şokoladı əridin. Sürətlə işləyərək, adi bir qaşıq götürün və şokoladın kiçik bir hissəsini (ölçünün dörddə biri) yağlı kağızın üzərinə qoyun. Sonra şokoladı bir qaşıqla hamar hərəkətlə istədiyiniz uzunluğa yayın. Sona doğru incə və bir az qeyri-bərabər olur. Bərkiməsi üçün soyuducuya yerləşdirin. Soyuyan şokoladlı bəzəyi tortun kənarlarına düzün. Moruqların üzərinə şəkər kirşanı səpib tortu bir gecə soyuducuda saxlayın. скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Февраль 2023    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Statistika