15 Dəqiqəyə Tavada Pizza

Tərkibi:
Pizzanın xəmiri üçün:
- 2,5 stəkan un
- 1 paket qabartma tozu
- 1 stəkan qatıq
- yarım stəkan maye yağ
- 1 çay qaşığı duz
- 1 ədəd yumurta
- 1 xörək qaşığı pomidor tomatı
- 2 xörək qaşığı maye yağ
- 1 çay qaşığı kəklikotu
- yarım çay qaşığı istiot
- yarım çay qaşığı pul bibər
- yarım çay qaşığı duz
- yarım stəkan su
- kolbasa
- yaşıl bibər
- konservləşdirilmiş qarğıdalı dənələri
- rəndələnmiş Holland pendiri
- qara zeytun
Pizzanın xəmirini hazırlamaq üçün yoģurma qabına yumurta, qatıq və maye yağ töküb qarışdırın. Üzərinə duz, qabartma tozu və un töküb xəmir yoğurun. Xəmirin üstünü örtüb 10 dəqiqəlik kənarda saxlayın.
Sousunu hazırlamaq üçün pomidor tomatı, maye yağ, kəklikotu, istiot, pul bibər, duz və suyu bir qabda qarışdırın.
Xəmiri kündələrə bölüb tava böyüklüyündə açın. Tavanı yağlamadan xəmiri tavaya yerləşdirin. Üzərinə hazırladığınız sousu yaxın. Rəndələnmiş holland pendirin yarısını xəmirə səpib dilimlənmiş kolbasa, yaşıl bibər, qarğıdalı dənələri və qara zeytun düzün. Qalan holland pendirini də səpib tavanın qapağını örtün. Zəif ocaqda 10 dəqiqə qapağı açmadan bişirin. Daha sonra yoxlayaraq üzərindəki pendirlər əriyənədək bişirin. 15 dəqiqəyə hazır olan pizzanı isti-isti süfrəyə verin.
Müəllif: Qurman, Baxılıb: 1 , Tarix: Вчера, 13:38