Uşaqların Ən Sevimli Səhər Yeməyi: Kakaolu Pankek

Tərkibi:
- 2 ədəd yumurta
- 2 xörək qaşığı şəkər tozu
- 200 ml süd
- 1,5 stəkan un
- 4 çay qaşığı kakao
- 1 paket qabartma tozu
- zövqə görə vanil
- 1/2 stəkan şəkərsiz qaymaq
- 90 qr bitter şokolad
Bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə süd, un, qabartma tozu və kakao əlavə etdikdən sonra çırpmağa davam edin. Tünd konsistensiyalı, ancaq yüngül axıcı bir xəmir əldə etməlisiniz. Pankek tavasını (yanmayan,yapışmayan ) çox az miqdarda maye yağla yağlayın. Yağın artığını kağız dəsmal köməyiylə götürün. Hazırladığınız xəmir qarışığından bir böyük qaşıq qədər götürüb tavaya tökün. Yuvarlaq bir şəkil alan xəmirləri, hər iki tərəfini də tərs çevirib orta ocaqda bişirin.
Bir qabda şəkərsiz qaymağı qaynamağı üçün zəif ocağa yerləşdirin. Üzəri köpüklənməyə başladıqda ocaqdan götürün. Kiçik parçalara ayırdığınız bitter şokoladı isti qaymağa əlavə edib əriməsini gözləyin. Daha sonra qarışdırıb sous konsistensiyasına gətirin. Pankekləri üst-üstə düzün. Hazırladığınız şokoladlı sousu üzərindən tökün.
Müəllif: Qurman, Baxılıb: 0 , Tarix: Вчера, 13:17