Giriş
Bol Vitaminli Balqabaq Şorbası
Balqabaq, payız və qış mövsümünün əvəzolunmaz tərəvəzlərindən biridir. Adi şorba reseptlərindən yorulanlar üçün unikal bir reseptdir. Qurman.az bol vitaminli balqabaq şorbasının reseptini təqdim edir.
Tərkibi:
  • 600 qr dilimlənmiş balqabaq
  • 3 diş sarımsaq
  • 1 ədəd soğan
  • 2 xörək qaşığı kərə yağı
  • 1 ədəd kartof
  • 6 stəkan toyuq bulyonu
  • 1 xörək qaşığı təzə doğranmış kəklikotu
  • 1 ədəd anis ulduzu
  • ½ çay qaşığı muskat qozu rəndəsi
  • 1 çay qaşığı duz
  • ½ çay qaşığı istiot
  • 4 xörək qaşığı qaymaq
Süfrəyə vermək üçün:
  • 1 çay qaşığı qaymaq
  • təzə kəklikotu
Hazırlanma qaydası:
İlk öncə balqabağın qabığını soyun. Tumlarını çıxarıb dilimləyin. Kartofları da kub şəklində doğrayın. Tavada kərə yağında xırda doğranmış soğanları və doğranmış sarımsaqları 2-3 dəqiqə qovurun. Üzərinə doğranmış kartofları və balqabaqları da əlavə edib daha 3-4 dəqiqə qovurun. 6 stəkan toyuq bulyonunu da əlavə edin. Kəkliokotu, anis ulduzu, rəndələnmiş muskat qozu, duz və istiotu da töküb orta ocaqda 25 dəqiqə bişirin.Tərəvəzlər yumşaldıqda anis ulduzunu kəfgir köməyi ilə şorbadan götürün. Şorbanı blenderdən yaxşıca keçirin. Şorbaya 4 xörək qaşığı qaymaq əlavə edib qarışdırın və bir burum qaynadın. Ocaqdan götürüb kasaya tökün. Üzərinə qaymaq və kəklikotu töküb süfrəyə verinскачать dle 12.1

Müəllif: Qurman, Baxılıb: 2 , Tarix: 17-08-2022, 13:56  
Oxaşar xəbərlər
Ördək Ciyərindən Paştet
Ördək Ciyərindən Paştet
Toyuq yeməkləri
Toyuqlu Və Göbələkli Salat Tortu
Toyuqlu Və Göbələkli Salat Tortu
Toyuq yeməkləri / Salatlar
Südlü İspanaq Şorbası
Südlü İspanaq Şorbası
Şorbalar / Pəhriz (diet)
Sobada manqal keyfi: Toyuq kababı resepti
Sobada manqal keyfi: Toyuq kababı resepti
Quru yeməklər / Toyuq yeməkləri / Kabablar
Şərhlər (0)
Şərh yaz
Добавление комментария
Saytda rəy yazmaq üçün sayta daxil olun və ya Qeydiyyat keçin!
Copyright © 2022-2022. Qurman.az - Bütün hüquqlar qorunur.