Giriş
Ev Şəraitində Kərpic Kimi Qatıq Hazırlamağın Qaydası
Sağlam qidalanmağa üstünlük verənlər, xüsusilə də mədə və bağırsağı qorumaq istəyənlər təbii, qatqı maddəsi olmayan məhsulları seçirlər. Mağazada satılan paketlənmiş qatığı istifadə etmək istəməyənlər ev şəraitində hazırlanmış qatıqlara üstünlük verirlər. Qurman.az ev şəraitində kərpic kimi qatıq hazırlamağın qaydasını təqdim edir.
Tərkibi:
  • 4 litr yağlı süd
  • 2 xörək qaşığı bərk qatıq
Hazırlanma qaydası:
Südü qaynadıb qablara bölüşdürün. Bir kənarda mayalandıracağınız qatığı yaxşıca qarışdın, 42 – 45 dərəcə istiliyə gələn südə əlavə edib qarışdırın. Qapağı örtüb, üzərinə mətbəx dəsmalı örtüb 5 saat bu şəkildə heç tərpətmədən saxlayın. Üstünü açıb qapağındaki suyu silib 5 dəqiqə sonra soyuducuya yerləşdirin.скачать dle 12.1

Müəllif: Qurman, Baxılıb: 8 , Tarix: 16-08-2022, 20:01  
Oxaşar xəbərlər
Şərhlər (0)
Şərh yaz
Добавление комментария
Saytda rəy yazmaq üçün sayta daxil olun və ya Qeydiyyat keçin!
Copyright © 2022-2022. Qurman.az - Bütün hüquqlar qorunur.