15.08.2022 Paylaşdı: Qurman 114 0

Bu Günədək Qarğıdalını Səhv Bişirmisiniz: Düzgün Hazırlanma Qaydası

Bu Günədək Qarğıdalını Səhv Bişirmisiniz: Düzgün Hazırlanma Qaydası


Qarğıdalını bu günə qədər səhv bişirmisiniz. Qurman.az-ın təqdim etdiyi bu üsulla inanılmaz dərəcədə dadlı qarğıdalı bişirəcəyinizə əmin ola bilərsiniz.
Tərkibi:

  • qarğıdalı
  • su
  • kərə yağı
  • duz
Hazırlanma qaydası:
İlk öncə qarğıdalının yarpaqlarından təmizləyin. Bir qazana qarğıdalıları yerləşdirib üzərinə su töküb 1-2 saatlıq suda saxlayın. Suda islatmaq qarğıdalı dənələrini daha yumşaq edəcək. Daha sonra qarğıdalını bişirəcəyiniz qazanda su qaynadın (qarğıdalısız). Qaynayan suya isladılmış qarğıdalıları yerləşdirib 20 dəqiqə bişirin. Qaynayan suya bir az kərə yağı əlavə edin. Duzu isə ən sonda, ocaqdan götürməzdən 5 dəqiqə əvvəl əlavə edin. Qarğıdalı dənələrinin yumşaq qalması üçün duzu ən sonda əlavə edin. Bişən qarğıdalının suyunu süzün. Qazanda qalan qarğıdalının üzərinə qapaq örtün və qazanı mətbəx dəsmalına büküb 20 dəqiqə kənarda saxlayın. Mütləq bu üsulu sınayın və inanılmaz dadlı qarğıdalıyla ailənizi sevindirin.скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Декабрь 2022    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Statistika