Yüngül və Doyurucu Yunan Salatı

Tərkibi:
- 10 ədəd çerri pomidoru
- 2 ədəd xiyar
- 1 ədəd qırmızı soğan
- 1/2 ədəd kahı yarpağı
- 1 ədəd qırmızı ətli kapya bibəri
- 2 dilim ağ pendir (kub formasında doğranmış)
- qara zeytun
- 1 ədəd limon suyu
- 1/2 stəkan zeytun yağı
- 1/2 çay qaşığı duz
- 1 çay qaşığı kəklikotu
İlk öncə Çerri pomidorlarını ikiyə bölün, xiyarları dilimləyin. Kapya bibərləri də xiyarlara uyğun olaraq dilimləyin. Qırmızı soğanları yarım ay şəklində doğrayın. Kahıları da çəngələ gələcək böyüklükdə doğrayın. Sousu üçün bir qabda zeytun yağı, limon suyu, duz və kəklikotunu çalaraq qarışdırın. Servis edəcəyiniz salat qabının içərisinə əvvəlcə kahıları, üzərinə qırmızı soğan, xiyar, çeri pomidorları , kapya bibəri, qara zeytun və ağ pendirləri də səliqəli düzdükdən sonra hazırladığınız sousu üzərinə gəzdirin.
Müəllif: Qurman, Baxılıb: 5 , Tarix: 16-08-2022, 19:36