Giriş
Boyat Çörəkdən Qəlyanaltı
Evinizdə qalan boyat çörəklərlə həmişə nə edəcəyinizi, necə dəyərləndirəcəyinizi düşünürsünüz? Çörəkləri israf etmək əvəzinə boyat çörəklərdən bir çox yemək hazırlamaq olar. Lakin boyat çörəklə yararsız xarab çörəyi qarışdırmayın. Rəngi dəyişən, üzərində ağ və yaşıl təbəqə əmələ gələn çörək qətiyyən istifadə olunmamalıdır!
Qurman.az boyat çörəkdən hazırlanan asan və doyurucu yemək reseptini təqdim edir.
Tərkibi:
Boyat çörək (axşamdan qalan, dünənki boyat dilimlənmiş çörək)
4 ədəd yumurta
3 ədəd pomidor
kolbasa dilimi
kərə yağı
rəndələnmiş holland pendiri
150 ml süd
duz və istiot
Hazırlanma qaydası:

İlk öncə dilimlənmiş boyat çörəklərə incə bir təbəqə halında kərə yağı sürtün. Yəni çörəkləri yağlayın. Yağlanmış keks qəlibinə və ya soba listinə çörəkləri yanbayan düzün. Pomidorları yuyun və dilimlər halında kəsin. Pomidor və kolbasanı çörək dilimlərinin arasına yerləşdirin. Duz və istiot əlavə edin. Bir qabda süd ilə yumurtanı çırpın. Sendviç kimi düzdüyünüz bütün çörək, kolbasa və pomidorların üzərinə bu südlü yumurtalı qarışığı tökün. Üzərinə rəndələnmiş pendir səpin. Əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada çörəklər yumşaq və üzərindəki pendir əriyənə qədər bişirin.скачать dle 12.1

Müəllif: Qurman, Baxılıb: 0 , Tarix: Вчера, 13:15  
Şərhlər (0)
Şərh yaz
Добавление комментария
Saytda rəy yazmaq üçün sayta daxil olun və ya Qeydiyyat keçin!
Copyright © 2022-2022. Qurman.az - Bütün hüquqlar qorunur.