2 Həftəyə Yeyə Biləcəyiniz Xiyar Turşusu

Tərkibi:
- 1 kq turşuluq kiçik xiyar
- yarım stəkanda bir az çox sirkə
- 2 xörək qaşığı xörək duzu
- 2 çay qaşığı şəkər tozu
- yarım limonun şirəsi
- 1 bütöv sarımsaq (təxminən 6-7 diş)
- qaynar su
Bir qaba duz, sirkə, şəkər tozu və limon suyu töküb qarışdırın. Bankalara xiyarları doldurun, üzərinə hər bankaya 4-5 diş sarımsaq əlavə edin. Hazırladığınız marinadı bölüşdürün. Üzərinə banka dolanadək qaynar su töküb qapağını möhkəm bağlayın. Bankaları tərs çevirib bir gecə bu şəkildə saxlayın. Turşunu sərin bir yerdə saxlayın və 2 həftə sonra turşunuz hazırdır. İstəyə görə dənə istiot, şüyüd, kərəviz yarpağı kimi ətir verici əlavə edə bilərsiniz.
Müəllif: Qurman, Baxılıb: 5 , Tarix: 16-08-2022, 20:08