Azərbaycan Mətbəxinin Unudulmuş Yeməyi-Şeşəndaz Plov

Tərkibi:
- 150 qr düyü
- 50 qr ərinmiş kərə yağı
- 2 ədəd yumurta
- 100 qr soğan
- 0,5 qr lumon duzu
- 5 qr şəkər tozu
- 0,1 qr zəfəran
- 0,2 qr darçın
- duz, istiot
İlk öncə soğanı halqa doğrayın. Doğradığınız soğanı tavada yağda qızardın. Üzərinə limon duzu və şəkər tozu əlavə edib qarışdırın. Yumurtaları bir kasada çırpın. Çırpdığınız yumurtaları bişən soğanın üzərinə əlavə edib bişirin.
Düyünü suda yarım saatlıq isladın. Qazanda düyü üçün su qaynadın. Düyünü az duz tökülmüş suda bişirin. Bişirib süzdüyünüz düyünün aralarına zəfəran səpərək dəmə qoyun. Süfrəyə verdikdə plovun üstünə qayğanağı əlavə edin. Üzərinə əridilmiş kərə yağı və darçın səpin.
Nuş Olsun!
Qeyd: Şəşəndazı ətsiz bişirdikdə süfrəyə verdikdə üzərinə doşab və ya abqora tökə bilərsiniz. Ət ilə bişirildikdə doğranmış mal əti soğanla birlikdə qovrulmalıdır.
Müəllif: Qurman, Baxılıb: 0 , Tarix: Вчера, 13:31