» » Blinçik resepti

Blinçik resepti

Lazım olanlar:
2 ədəd yumurta
2 stəkan süd 
Yarım stəkan qaynar su
2 stəkan un
3 xörək qaşığı şəkər tozu
Yarım çay qaşığı duz
3 xörək qaşığı duru yağ

Hazırlanması:
Qaba 2 ədəd yumurta sındırıb, üzərinə duz və şəkər tozun əlavə edib çırpma teliylə yaxşıca qarışdırırıq. Qarışıma 2 stəkan südü əlavə edib, qarışdırırıq. Yavaş yavaş unu əlavə edərək qarışdırırıq. Diqqət edin içində topaqlar qalmasın. Yarım stəkan qaynar suyu az-az əlavə edərək, tez-tez çırpırıq. Sonda 3 yemək qaşığı duru yağı əlavə edib, qarışdırırıq. Bişirəcəyimiz tavanı azca yağlayırıq. Qarışımdan bir çömçə tavaya əlavə etməklə blinçiklərimizi bişiririk. Nuş olsun!
Müəllif: Qurman | 14-05-2022, 18:29
Baxış sayı: 21
  Нашли ошибку?  
Hörmətli istifadəçi, siz saytımıza qeydiyyatsız istifadəçi kimi daxil olmusuz. Saytımızın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.
Добавить комментарий
Ваше имя: *
Ваш e-mail: *
Код: Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Введите код: