16.08.2022 Paylaşdı: Qurman 201 0

Ev Şəraitində Təbii Meyvə Suyu

Ev Şəraitində Təbii Meyvə Suyu

Yüksək qida dəyərinə malik olan Ərik (qaysı) A, B, C, E vitaminlərinin tərkibinə əlavə olaraq dəmir, kalsium, fosfor, maqnezium və lif anbarıdır. Yaş və quru olaraq istifadə edilən qaysı həzmi asanlaşdırır, toxluq hissi yaradır, çəkinin nəzarətinə köməkçi olur və qəbizliyə yaxşı təsir edir.  Antioksidant xüsusiyyəti ilə də bədəni sağlam saxlayaraq xəstəliklərdən qoruyur. Sağlamlığa bir çox faydası olan bu meyvəninQurman.az  ev şəraitində təbii hazırlanma qaydasını təqdim edir.
Tərkibi:

  • 1kq ərik (qaysı)
  • 1.5-2 stəkan şəkər tozu
  • 8 stəkan su
Hazırlanma qaydası:
İlk öncə ərikləri yuyun, ikiyə bölüb tumunu çıxarın. Bir qazana ərikləri töküb üzərinə əriklərin üstünü örtəcək qədər su tökün. Qazanı ocağa yerləşdirib əriklər yumşalanadək bişirin. Bişən ərikləri blenderlə qazanda püre halına gətirin. Üzərinə 8 stəkan su və 1,5-2 stəkan şəkər tozu töküb qarışdırın. Şəkər tozunu zövqünüzə görə azaldıb artıra bilərsiniz. Yenidən 5-10 dəqiqə qaynadın. Hazır meyvə suyunu soyuducuya yerləşdirib soyuq halda içə bilərsiniz.скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Февраль 2023    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Statistika