28.09.2022 Paylaşdı: Qurman 75 0

Həzmi Asanlaşdıran və Yuxusuzluğu Aradan Qaldıran Təbii Möcüzə: Çobanyastığı Çayı

Həzmi Asanlaşdıran və Yuxusuzluğu Aradan Qaldıran Təbii Möcüzə: Çobanyastığı Çayı

Yazda açan, ətirli çiçək olan çobanyastığı əslində bir bitkidən artıqdır. Çobanyastığı yağı və çobanyastığından əldə edilən çobanyastığı çayı əslində sağlamlığımız üçün çox, çox faydalıdır.
Onun mənşəyi Qədim Misirə gedib çıxır və o vaxtdan bəri çobanyastığı çayı bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Tərkibində taninlər, flavon qlikozidlər, bisabolol, azulen, terpenlər və salisilik turşular olan çobanyastığı çayı, məsələn, çox güclü antioksidantdır.
Faydaları sonsuz olan çobanyastığı çayını evdə dəmləmək çox asandır. Siz də evdə çobanyastığı çayı hazırlayıb, qısa zamanda sadalayacağımız sağlamlıq faydalarından yararlana bilərsiniz.
Qurman.az həzmi asanlaşdıran və yuxusuzluğu aradan qaldıran çobanyastığı çayının reseptini təqdim edir.

Çobanyastığı Çayının tərkibi:

  • 2-3 xörək qaşığı qurudulmuş çobanyastığı
  • yarım litr içməli su

Çobanyastığı Çayının hazırlanma qaydası:

İlk öncə suyu ocaqda qaynadın. Daha sonra qurudulmuş çobanyastığını qaynar suya atın. 3 dəqiqə dəmlənməsi üçün kənara qoyun. Sonra çayı süzgəcdən süzün. Çayınız hazırdır. Zövqə görə çaya bal və limon əlavə edərək dadlandıra bilərsiniz.
Çobanyastığı çayının faydaları və zərərləri haqqında bu məqalədən oxuyun.

скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Декабрь 2022    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Statistika