28.09.2022 Paylaşdı: Qurman 71 0

Təbii Ağrıkəsici Çayın 11 Faydası

Təbii Ağrıkəsici Çayın 11 Faydası

Kənd yerlərində, bağçalarda, gül dükanlarında rastlaşdığımızda bizi sevindirməyi bacaran gözəl çobanyastığı çiçəklərini bu gün ağ-sarı rəngləri ilə, möhtəşəm görünüşü ilə deyil, qeyri-adi faydaları ilə kəşf etmək istəyirik. Qurudulmuş çobanyastığı ilə hazırlanan çay demək olar ki, təbii ağrıkəsici və orqanizmə təbii sakitləşdirici təsir göstərir. Qurman.az müalicəvi təsirləri olan çobanyastığı çayının faydaları haqqında araşdırmanı təqdim edir.

Çobanyastığı Çayının Faydaları Nələrdir?

Həzm sistemi üçün faydalıdır

  • Çobanyastığı çayı mədəni rahatladır, mədə ağrıları və sancıların daha tez keçməsinə kömək edir.

Köp problemini aradan qaldırır

  • Köp səbəbiylə yaranan qarın ağrısı kimi problemlərin qısa müddətdə aradan qaldırılmasına kömək edir. Eyni zamanda çobanyastığı çayının ürəkbulanma mövzusunda da orqanizmə dəstək olur.

Stressə yaxşı təsir edir

  • Çobanyastığı çayı, sakitləşdirici təsiri sayəsində əsəb və stress kimi ümumi problemlərə yaxşı təsir edir və əsəbləri sakitləşdirməyə kömək edir.

Yuxusuzluq problemini həll edir

  • Çobanyastığı çayı sakitləşdirici təsirlər yaratdığı üçün xüsusilə stresslə bağlı səbəblərdən yaranan ümumi yuxusuzluq problemini də həll edir, dinc və rahat yuxu yatmağınıza kömək edir.

Soyuqdəymə və qrip kimi xəstəliklərə xeyirlidir

  • Sakitləşdirici təsiri sayəsində boğaz ağrısı və soyuqdəymə kimi tez-tez yaşanan sağlamlıq problemlərinin sağalmasına kömək edir.

Qan şəkərini balanslaşdırmağa kömək edir

  • Çobanyastığı çayını normada istifadə etdikdə qan şəkərinə tarazlaşdırıcı təsir göstərir.

İltihabların sağalma prosesini sürətləndirir

  • Bədənin müxtəlif yerlərində, xüsusən də ağızda və diş ətlərində iltihabların daha sürətli sağalmasına köməkçi olur.

Menstrual ağrıları aradan qaldırır

  • Qadınların menstruasiya dövrünün daha dinc və ağrısız keçməsinə kömək edir.

Bağırsaq hərəkətlərini tənzimləməyə kömək edir

  • Çobanyastığı çayı müntəzəm istehlak edildikdə bağırsaq hərəkətlərini tənzimləməyə kömək edir və ishal probleminin həlli ola bilər.

Dərini təmizləyir

  • Çobanyastığı çayı nizamlı olaraq içildikdə və ya soyudularaq dəriyə xaricdən tətbiq olunduqda dəriyə çox təmiz və aydın bir görünüş verir. Nizamlı istifadə etdikdə dərinin təmizlənməsinə kömək edir.

Saç sağlamlığını da dəstəkləyir

  • Çobanyastığı çayı dəmlənib soyudulub saça çəkildikdə saçların daha yumşaq, parlaq və dolğun olmasına kömək edir.

Qeyd: Çobanyastığı çayını evdə öz əlinizlə hazırlamaq istəyirsinizsə ətraflı bu məqalədən oxuya bilərsiniz: Çobanyastığı Çayı Necə Hazırlanır?

Çobanyastığı çayının zərərləri nələrdir?

Çobanyastığı çayının faydalarını öyrəndik, bəs bu qədər təsirli olduğu deyilən bu çayın zərəri və ya əks təsiri varmı? Təpədən dırnağa qədər bədənə təsir edə bilən bir içki olduğu üçün çobanyastığı çayı da bədəndə bəzi əks təsirlərə səbəb ola bilər, xüsusən də normada istehlak edilmədikdə. Çobanyastığı çayının bilinən zərərləri arasında aşağıdakıları qeyd etmək olar:
  • Həddindən artıq yuxu
  • Uyuşma
  • Ürəkbulanma
  • Qusma
  • Baş ağrısı
  • Başgicəllənmə
  • Dərinin qaşınması, qızartı
Çobanyastığı çayının bütün bu yan təsirlərinin qarşısını almaq üçün aşağıdakı addımlara diqqət yetirməlisiniz:
  • Çiçək və ya polen allergiyası olanlar çobanyastığı çayı qəbul etməməlidir.
  • Xroniki xəstəliyi olanlar, xüsusilə şəkərli diabeti olanlar, həkimləri ilə məsləhətləşmədən çobanyastığı çayı qəbul etməməlidir.
  • Çobanyastığı çayı orqanizmdə qan durulaşdırıcı təsirlər yarada bildiyi üçün qan dövranı ilə bağlı problemi olanlar həkimə müraciət etmədən onu istehlak etməməlidir.
  • Hamilə və əmizdirən qadınlar bu çayı həkimləri ilə məsləhətləşmədən içməməlidirlər.
  • Müntəzəm olaraq dərman qəbul edənlər və ya xüsusi pəhriz saxlamağa ehtiyacı olanlar həkimləri ilə məsləhətləşmədən çobanyastığı çayı qəbul etməməlidir.
Bir sözlə, sadə bir bitki çayı kimi görünsə də, həkiminizlə məsləhətləşmədən müntəzəm olaraq heç bir bitki çayı və ya qida qəbuluna başlamayın, sağlamlığınızı riskə atmayın!скачать dle 12.1


Ən çox oxunanlar
Yeni xəbərlər
Tags
Təqvim
«    Декабрь 2022    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Statistika