Ləziz Magnolia Pudinqi

Tərkibi:
- 1 litr süd
- 3 xörək qaşığı şəkər tozu
- 2 ədəd yumurta sarısı
- 2 xörək qaşığı qarğıdalı nişastası
- 2 xörək qaşığı un
- 1 paket uşaq peçenyesi (cici bebe )
- 1 qutu qaymaq
- 1 paket vanil
- 2-3 ədəd banan (arzuladığınız mövsüm meyvələrindən seçə bilərsiniz)
Böyük bir qazanın içərisinə süd, un, nişasta, şəkər tozu və vanili töküb qarışdırın. Zəif ocaqda qarışdıraraq bişirin. 2 ədəd yumurta sarısını da əlavə edərək yaxşıca qarışdırın. Pudinq konsistensiyası alanadək qarışdırmağa davam edin. Daha sonra ocaqdan götürün və soyumasını gözləyin. Pudinq soyuyana qədər, qaymağı başqa bir qabda qabaranadək mikserlə çırpın. Pudinq soyuduqdan sonra çaldığınız qaymaqla qarışdırın. Bananları dilimləyin, peçenyeni blenderlə toz halına gətirin. Kiçik desert qablarına sırayla peçenye ovuntusu töküb, dilimlənmiş banan düzün və pudinqi tökün. Bu şəkildə desert qabı dolanadək təkrar edin. Hazırladığınız ləziz deserti 1 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürüb arzu etdiyiniz kimi bəzəyib süfrəyə verə bilərsiniz.
Müəllif: Qurman, Baxılıb: 2 , Tarix: 17-08-2022, 12:48