» » » Noxudlu dovğa resepti

Noxudlu dovğa resepti

7-10 dəqiqə
Hazırlanması:
Noxudu yumuşalanadək bişirib, kənara qoyun.
Doğranmış göyərtini aşsüzənə qoyub yuyun ki, yaşılı getsin.
Əlinizlə sıxmayın. Aşsüzəni kənara qoyun.
Qazanda qatıq, su, un və yumurtanı qarışdırın. Düyünü əlavə edin.
Taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra (vacibdir – yoxsa doğva çürüyər) orta odda qaynadın.
Bu proses təxminən 7-10 dəqiqə çəkəcək. Qaynamağa başlayanda göyərtini əlavə edin.
Arada qarışdıra-qarışdıra təxminən 7-8 dəqiqə, və yaxud düyü yumuşalanadək bişirin.
Noxudu əlavə edib, qazanı kənara çəkin. Qoyun dovğa soyusun.
Sonra isə ona duz əlavə edib kasalarda süfrəyə verin.
İstəyə görə dovğanın üstü istiotla bəzənir.
Doğvanı soyuducuda soyudduqdan sonra da süfrəyə vermək olar. Dovğa qatılaşdığında, ona bir az su əlavə edib durulaşdırın.
Müəllif: Qurman | 14-05-2022, 01:18
Baxış sayı: 60
  Нашли ошибку?  
Hörmətli istifadəçi, siz saytımıza qeydiyyatsız istifadəçi kimi daxil olmusuz. Saytımızın bütün imkanlarından istifadə etmək üçün qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.
Добавить комментарий
Ваше имя: *
Ваш e-mail: *
Код: Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Введите код: